Flora Kərimovadan Fuad Poladov ağısı

Azərbaycan aktyorluq məktəbinin böyük siması, Allah axirətini versin!

Müstəqil.Az Kult.az-a istinad edərək  xəbər verir ki, bu sözləri xalq artisti, müğənni Flora Kərimova xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı paylaşımında yazıb.

“Kişiliyinlə səhnədə yaratdığın obrazlar bütövlüyü ilə şəxsiyyətindən bir parça idi. Kim deyirsə əvəzsiz insan yoxdur, yanılır. Fuad Poladov həm şəxsiyyət, həm sənətkar kimi əvəzsiz idi. Azərbaycan, başın sağ olsun! Ailəsinə dərin hüznlə səbir diləyirəm”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Müstəqil.Az

Share: