Flora Kərimova məktəbi

Musiqisi gəlişməyən bir toplumun çağdaşlaşması, modern anlamda sosiallaşması imkansız kimi görünməkdədir. Çünkü estetik yaşam biçiminin və varlığı estetik qavrayışın yolu musiqi duyumunun gəlişməsindən, dərinləşməsindən keçər.

Musiqinin düzeyi toplumun ortaq zövq anlayışını da ifadə edər. “Musiqisi dəyişən və gəlişən bir toplumun anayasası da dəyişər” söyləmişdir Platon haqlı olaraq. Çünkü musiqi toplumun ortaq duyum və sezim yetənəyini artərarkən, birey olmanın da yolunu açar. Anayasası dəyişərək açıq cəmiyyət, laik-demokratik dövlət olan Avropa ölkələrinin ortaq yönləri musiqilərinin gəlişməsi və dərinləşməsidir. İlginc ki, əski Yunanda da musiqi elminin və musiqi zövqünün yüksəliş göstərməsiylə demokratik düşüncənin ilkin variantı doğmuşdur. Diktatorluqla yönətilən toplumların da ortaq yönləri musiqilərinin gəlişməməsi. Musiqi ilə ruhu tərbiyə edilən toplumlar əlbəttə aqressiv şəriət və ideoloji diktatorluqları qəbul edə bilməzlər.
***
Bizim dərin musiqi dövrlərimiz olmamışdır. Ortalıqda söylənən ideolojik bilgilərin əsası yoxdur, hamısı yalandır. Başına döyüb ağlayan, zəncir vuran bir toplumun musiqinin nə olduğunu anlaması, sadəcə olaraq mümkün deyildir. Şəhər və mədəni mühitin musiqisi daha da zəif olmuşdur. Olanlar da kənd yaşam biçimi düzeyində qalmışdır. Bu üzdən kültür tariximizdə müxtəlif səslərin ortaya çıxmasına imkan və şərait olmamışdır. Hələ evrənsəl dərinliyi olan səslərin ortaya çıxması üçün daha da az imkan olmuşdur. Çünkü musiqi üzərinə nəzəri, fəlsəfi, estetik bilgilər ürətilməmiş, musiqi ilə uğraşan aristokrasi olmamışdır. O zaman Flora Kəriomovanın səsi nələr anlatmaqdadır?
***
Flora Kərimovanın səs titrəşimləri, səs dalqaları bütün Şərq musiqisində bənzərsizdir. Bu səsin ifadə etdiyi sezgiləri Doğu millətləri anlaya biləcək düzeydə və kültürdə deyillər. Bu üzdən Flora Kərimova bir məktəbdir. Lakin bu məktəbin tək yolçusu da Floranın özüdür. Başqa yolçusu yoxdur hələlik. Çünkü bu biçim səs həm dünyada azdır, həm də böylə bir səslə gözəlliyi sezmə və qavrama qabliyyəti özəlliklə Şərq cəmiyyətlərində zəifdir. Bu üzdən Flora məktəbinin yolçuları yoxdur. Bu yola girmək asan deyildir. Nədən? Çünkü Flora ifası kütləyə və ya xalqa xitab etməz. Seçkinlərə və bəlli ölçülərdə ruhsal dərinlik təcrübələri olan şəxsiyyətlərə xitab edər. Flora dinləyicini kütlədən ayırıb onu fərd edərək estetik zövq və ləzzət yaşadır. Dünyanı fərd olaraq qavradır. Flora ifası bireyin xəyalını toplum və tarix zindanından qopararaq onu özgürlük alıminə yönləndirir. Flora səs titrəşimləri ilə uzay boşluğunda uçan xəyalın sonsuzluğu idrak etmə yetisini çağrışdırır. Var olanların ötəsinə yüksəliş. Musiqi, xəyalı aydınladan ən önəmli sənətdir. Digər ifa məktəblərindən fərqli olaraq Floranın səs dalqaları və səs titrəşimləri insan və varlıq arasındakı məsafəni azaldır. Azadldır və azaldır. Azaltmağa davam edir və varlıqla insan arasındakı məsafə yox olur. Bu baxımdan başda erotik sezgi olmaq üzrə insanın bütün duyqularına xitab edir. Çünkü məsafənin azalması üçün insan ruhunda möhtəşəm bir dokunuş duyuqusu coşmalıdır. Dokunuş dürtüsü musiqi melodilərini ürətməyə çalışan əsas duyqudur. Floranı dinlərkən dodaqla, əllə, gözlə, özəlliklə sözlə və melodilərlə dokunuş duyqusu, xəyalları aydınladar.
Floranın səs dalqaları tələmtəlisik zövq alıb boşalaraq yorqun düşmə xəyallarını önümüzə sərməz. Həyatımızın yönünü dəyişdirərk dərinliyində umut və sevinc olan bir hüzünlə içimizi təmizlər. Səbirlə, böyük təmkin və dözümlə səs dalqaları və səs titrəşimləri içində həyat və ötəsi ilə qarşılaşarıq. Bir oluşum və olqunlaşım öyküsü içimizdə baş qaldırar. Məsafəsizlik yaradan melodilərdə varlıq təsirli və ruhun dərinliyinə işləyən səs titrəşimlərinə bürünərək təzahür edər. Floranın ecazkar ifasında sükut və səs titrəşimləri arasında bilincaltımızda eniş və yüksəlişlər yaşarıq. Kainatı səs titrəşimləri içində sezərik. Floranın ifası zehnimizdə, kültürümüzdə, kainatı alqılama biçimimizdə kökü bulunmayan yeni aydın bir üfüq açar. Bu baxımdan Flora ifasını hər dinlərkən duyqusal, sezgisəl, düşünsəl və estetik özgürlüyümüzü yaşarıq. Zövqün dərəcələrini aşan Flora səsi bizi içimizdə birikən komplekslərdən də azad edər. Floranın səsi səviyyəsində ədəbiyatımız və şeirimiz yoxdur. Bu baxımdan Floranın səs titrəşimləri yeni ədəbi düşüncə və duuyqu üçün də yol göstərici olmaqdadır. Çünkü şeir və musiqi hər zaman birlikdə oluşa gəlmişlər. Kimi zaman şeir musiqinin önünü açsa da, Floranın səsi çağlar boyunca şeirin yolunu açaraq aydınladacaqdır. Çünkü sözlər, ancaq şeirin içində rəqs edərək erotik zövq və erotik sezgi ürətə bilərlər. Musiqi isə hüznü də dans etdirər. Bu baxımdan sözlərin dansı ilə melodilərin dansı bütünləşərək bəlli və bəlli olmayan sezgi ortamı yaradarlar. Səs titrəşimlərinin ürətdiyi bəlirsiz sezgiləri sözlər anlaşılır və bəlirli hala gətirməyə çalışarlar. Başarısız bir çalışma ancaq. Lakin Flora səsi sözlərə sığmayacaq ölçüdə sezgilərlə yüklüdür, yükümlüdür. Bu baxımdan hər zaman şeirin önünü ayınladan imkan olaraq var olacaqdır. Flora ifası olanların bəyanı deyil. Olanlarla yetinməyərək yeni oluş ürətən səs yüksəlişidir. Çünkü var olanlar gələnəksəl estetik zövqün sınırları içində oluşdurulmuşdur. Oysa ki, Floranın səsi bu sınırları aşmaqdadır. Floranın səsi xəyalların alışıq olduğu zövqü bizə yaşatmaz. Yabancı olan, yabancı olduğu üçün də təhlükəli və cazibəli görünən xəyallarla bizi tanışdırar. Bu baxımdan Floranı dinləmək mənəviyyat, zövq, ləzzət, gözəllik, estetik təhlükə kəşfinin yolçuluğuna çıxmaqdır. Bu üzdən də Floranı dinləmə səlahiyyəti gəlişməlidir. Bilgi, duyqu, xəyal bütünlüyü içində Flora səsi ilə qarşılaşmaq varlığın gizəmlərini gözlərimiz önünə sərə bilir. Bireysəl mərifət və təxəyyülümüzün miqdarına görə Floranın səsi bizi varlıqla qarşılaşdırr.

Güntay Gəncalp Bayandurlu

 

 

Share: