“Fiorentina” evdə, “Alkmaar” səfərdə uduzdu — Konfrans Liqası

Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

İtaliyanın “Fiorentina” komandası doğma meydanda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə bitib.

İngiltərənin “Vest Hem” klubu isə Niderland “Alkmaar”ını qəbul edib və çətin qələbəyə sevinib.

Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

Avropa Konfrans Liqası

Yarımfinalın ilk oyunları

11 may

Fiorentina (İtaliya) – Bazel (İsveçrə) 1:2

Qol: A.Kabral, 25 – A.Diuf, 71. A.Zeqiri, 90+3.

Vest Hem (İngiltərə) – Alkmaar (Niderland) 2:1

Qol: S.Benrahma, 67. M.Antonio, 76 – T.Reynders, 42.


Share: