FİFA: “Bütün futbol matçları bir dəqiqəlik sükutla başlasın”

Beynəlxalq Futbol Federasiyası (FİFA) gələn həftənin sonuna qədər bütün futbol matçlarının üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlanması ilə bağlı çağırış edib.

Bu barədə FİFA-nın bütün 211 milli assosiasiyalarına müraciətində deyilir.

“FIFA bütün yarış təşkilatçılarını bu həftə sonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır”, – deyə FIFA-dan bildirilib.

İngiltərə Premyer Liqası elan edib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları “Futbol Kralı”nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq,  bütün oyunçular isə sahəyə qara sarğılarla çıxacaq.

Mənbə: “Sky News”

Share: