Fidan Hacıyeva: “Aldanmış xanım obrazını çətinliklə yaratdım”

Mədəniyyət TV-nin efirində aparıcı Bəhruz Niftəliyevin təqdimatında “O” verilişi təqdim olunub.

Kulis.az xəbər verir ki, verilişin qonağı opera müğənnisi, aktrisa, Xalq artisti Fidan Hacıyeva olub.

Veriliş başlayan zaman Fidan Hacıyeva sözləri Nizamiyə, musiqisi Üzeyir Hacıbəyova məxsus “Sənsiz” romansından bir parça səsləndirərək başlayıb. Söhbət boyu müğənni səhnəyə gəlişindən, müəllimlərindən, opera musiqisinin keçmişindən və bu günündən bəhs edib.

Qeyd edək ki, “O” Bəhruz Niftəliyevin təqdimatında hər həftənin çərşənbə axşamı saat 22:00-da Mədəniyyət TV-də yayımlanır.

Share: