FHN xilasetmə əməliyyatı görüntüləri yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Müşviqabad qəsəbəsində 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən -ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2012-ci il təvəllüdlü S. Məhərrəmlini xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Share: