FHN Türkiyədəki dəhşətli zəlzələnin 1-ci ildönümü ilə əlaqədar paylaşım edib

Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinlin paylaşımında bildirilib.

Qeyd edilib ki, zəlzələ baş verdikdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişmiş, dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirib.

Share: