“Fevral ildırımı” – Qazaxıstanda Xocalı HARAYI – VİDEO

Qazaxıstandakı soydaşlarımız və digər millətlərin nümayəndələri qardaş yurdda bir ilkə imza atıblar. Onlar Xocalı faciəsini dünyaya ictimaiyyətinə  öz musiqi qruplarının hazırladıqları mahnı ilə çatdırmağa qərar veriblər. “Xocalıya Ədalət” istəyiblər.

Əvvəldə də qeyd etdiyim kimi klipin ərsəyə gəlməsində  Qazaxıstanın  müxtəlif şəhərlərindən olan gənclər iştirak ediblər. Klipdə mahnını bir azərbaycanlı var, o da mahnının sözlərinin müəllifi və ifaçısı Nelya Quliyeva. Nelya Quliyeva Qazaxıstanda doğulub.

Klipi internet saytlarında izlədikdən sonra , yaradıcı qrupla telefon əlaqəsi saxladım. Soydaşımız Nelya Quliyeva dedi ki, o, dünyanı anlamağa başlayandan Xocalı faciəsindən xəbərdardır:

“Bu dərd hər zaman mənim qəlbimi göynədib. Və bir gün bu dərdi şerə və mahnıya çevirmək istədim. Qazaxıstanda yaşayan dostlarıma müraciət etdim. Onlar mənim dərdimi anladılar.  Axı Xocalı soyqırımı  dünyada insanlığa qarşı törədilən,    Qazaxıstan və Ukraynada 1930-cuu illərdən başlayan Aclıq  soyqırımı,  İsraildəki Holokost, Kombodja və Ruandadakı etnik təmizləmə soyqırımı və Bosniyadakı Serebrenitsa ilə eyni soyqırımıdır. İndi bir az rahatm ki, bəlkə bu kliplə dünya bizi eşidər”.

Rejissor Alen Niyazbekov və bəstəkar  Azat Ospanov isə Xocalı soyqırımına həsr etdikləri kliplə  XXI əsrdə dünyanı bu cür qətliamlardan uzaq olmağa çağırdıqlarını deyirlər:

“Biz istəmirik ki evlər yansın, biz istəmirik ki, Xocalıda olduğu kimi başqa şəhərlər də yer üzündən silinsin. Xocalı insanlığa qarşı törədilmiş çox ağır cinayətdir. Biz inanırıq ki, dünya bu klipi dostluğa, sülhə-əminamanlığa çağırış kimi qəbul edəcək. Biz özümüz istədik ki, hazırldığımız klipi ilk dəfə Azərbaycanın Qazaxıstandakı səfirliyində təqdim edək.  Klipin təqdimatı həm də Almatı, Aktau və Atırau şəhərlərində də keçiriləcək”.

“Fevral ildırımı” adlı kliplin  ərsəyə gəlməsində  həmyerlimiz, məşhur tarzən  Şəhriyar İmanov, aranjimançı  Azilxan Jumaliyev, prodüser Dana Rıskeldinovanın da əməyi var… Klipin rejissoru Alen Niyazbekov qara və qırmızı rənglərdən qaçaraq, klipi  ağ fonda çəkib, ağ paltarlı qızların rəqsi, ağ buludlar…

Ağ paltarlı qızlar Xocalıda yandırılan, parçalanan insanların ruhlarıdır. Ağ paltarlı qızlar, mələklərdir! Bütün bunlarla  yaradıcı qrup  Xocalıda həlak olanların günahsız ruhlarını ifadə etmək istəyiblər.  Əlbəttə “Xocalıya Ədalət” harayımızı illərdən bətri qara və qırmızı rənglərlə nə qədər yaysaq da, bu rənglərdə görmək istəmirlər. Bu rənglərin harayını görmürlər, eşirmirlər. Çünki analara qara paltar geyindirən, günahsız insanların qanını axmasına səbəb olan, silah alıb, silah satan, bununla da özlərinin hakimiyyətini möhkəmləndirən  dünya liderləri Xocalıdakı qara və qırmızı rəngə allergiyaları var. Bu qan və qaranlıq rəngi onların vicdanlarını oyatmır. 27 ildir ki, “Xocalıya Ədalət!” deyib haray çəkirik, harayımız eşidilmir.

“Fevral ıldırımı” klipinin yaradaıcı  heyəti ağ rənglərin təsiri ilə insanları ağ mahnıya, ağ ruhlara baxmağa məcbur edəcəklər. Bu ağın içərisində qaranı və qırmızını görəcəklər. Dünyaya harayımızı belə çatdıraq. Nelya xanım Quliyevanın mahnısının sözləri belə bir mənanı ifa edir:

Uca  dağların qoynunda,

Qarabağ bir cənnət idi.

Yaşıl dərədəsində axan çaylarla,

Türklərin yurdundan nişan verirdi.

 

Heç kim  bilmirdi ki, bir fevral günü

İldırım çaxacaq cənnət diyarda.

İşıqlar sönəcək pəncərələrdə,

Ocaq çatacaqlar düşmənlər burda

Türkü yandıracaq  qaynar ocaqda.

 

613 ruh göydə sərgədan
Fırlanır  şəhərin başının üstə

Ruhun harayını kimsə eşitmir,

Daş da qalmayıbdır daşının üstə.

 

Ruhlar yerə enib  evlərdə gəzir

Beşık arayırlar,  layla çalırlar.

Rular danışırlar, qışqırışırlar:

Qoymayın ocaqda yanan balamdı,

Anamın başını kəsir düşmənim.

Ruhlar ağlayırlar, haray çəkirlər

Niyə eşitmirsiz səsimi mənim?…

Nə vaxt eşidəcək bəs dünya bizi,

Dünyaya deyin ki, bizi qırıblar,

Soyqırımı ediblər soyuq gecədə,

Bizim yurdumuzu yağmalayıblar.

Bizi qaytarınız öz evimizə,

Bizi qaytarınız öz yuvamıza.

Deyirlər Ədalət qalib gələcək,

Ancaq Xocalıda kimsə oyanmır.
(tərcümə: A.Eyvazlı)

 

“Fevral ildırımı” mahnısı Qazaxıstan ictimaiyyətinin xalq layihəsi olaraq 25 fevraldan 26 fevral tarixinə keçən gecə erməni hərbi birləşmələri tərəfindən etnik təmizləmələrə və soyqırıma məruz qalmış Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı ədalətin bərqərar olunmasına bir çağırışdır. Bir gecə ərzində 613 nəfər –  qadınlar, uşaqlar və qocalar da daxil vəhşicəsinə öldürülüb. Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş mahnı qisas almaq məqsədi daşımır, bu musiqili əsər sülhün manifestidir.   Ağ sülh rəngidir, ağ günhasız ruhların rəngidir, ağ körpələrin ruhu, gəlin duvağı örtməyən qızların  arzularıdır. Ağ Xocalıda soyqırımına məruz qalan körpələrin, qocaların, anaların, ataların, qardaşların, nənələrin, babaların, bibilərin, xalaların, dayıların, əmilərin  ruhlarının rəngidir…

Qazaxıstanlı yaradıcı kollektivin ərsəyə gətirdiyi bu klip yəqin ki,  susan vicdanları,  dünyanı  daş yuxusundan oyadacaq.

Belə gözəl bir klipi ərsəyə gətirdikləri üçün yaradıcı qrupa mən də öz adımdan minnətdaram!

Aida Eyvazlı

VIDEO
Share: