Fahişəxana sahibi ölsə də seçkilərdə qalib gəldi

Moderator.az Vesti İsrail saytına istinadən xəbər verir ki, ABŞ-ın Nevada ştatında qanunverici məclisə seçkilər zamanı respublikaçı Denis Hof qalib gəlib. Bir neçə fahişəxananın sahibi olan Denis Hof seçkilərdə namizədliyini irəli sürüb və seçkilərə üç həftə qalmış qəflətən vəfat edib.
Məlum olub ki, onun adını seçki bülletenlərindən silməyiblər, yalnız seçki məntəqələrinin önünə ölümü haqqında xəbər asıblar.
Seçkilərin yekununda məlum olub ki, ABŞ prezidenti Donald Trampın pərəstişkarı olan mərhum Hof səslərin 68% -ni  toplayaraq demokratların namizədinə qalib gəlib.
Nevada ştatının qanununa görə seçilmiş namizəd öldüyü halda ştatın vəzifəli şəxsləri onun yerinə mütləq respublikaçı olan əvəzedici qoymalıdır.
  72 yaşlı Hofun cəsədini ona məxsus olan fahişəxanaların birində tapıblar. Mərhum burda bir neçə gün seks-sənayesinin ulduzları və siyasi dairələrin nümayəndələri  ilə birlikdə çox haylı-küylü ad günü qeyd edib. Polis onun ölümündə kriminal aşkar etməyib
Share: