Faciə: kran yaşayış binasının üstünə düşdü – FOTO/VİDEO

ABŞ-ın Dallas şəhərində (Texas ştatı) tikinti kranı güclü küləyə tab gətirməyərək yaşayış binasının üstünə aşıb.

Qəza nəticəsində bir nəfər olüb, 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Xilasetmə xidmətləri zərər çəkənlərin axtarışını davam etdirir.

İnternetdə yayılan kadrlardan göründüyü kimi, binaya ciddi ziyan dəyib.

Share: