Fəxrəddin Manafov xəstəxanaya aparılıb

Xalq artisti Fəxrəddin Manafov ötən gün gecə saatlarında Mərkəzi Klinikaya aparılıb.

Müstəqil.Azın əldə etdiyi  xəbərə görə, o, böyrək sancılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib.

Məlumatı Mərkəzi Klinikadan təsdiq etdilər və bildirdilər ki, ilkin müayinə və müalicədən sonra aktyor özünü yaxşı hiss edib və evə buraxılıb.

Müstəqil.Az

Share: