Fərqanə xanım Əliyeva seçicilərlə görüşünü davam etdirir…

15 saylı Yasamal 1-ci seçki dairəsindən MM – ə deputatlığa namizəd, Filologiya üzrə fəlsəfə doktoru Fərqanə xanım Əliyeva seçicilərlə görüşünü davanm etdirir.

 
Xanım namizəd mütəmadi olaraq seçicilərlə məhəllə-məhəllə görüş keçirir, onların problemləri ilə yaxından maraqlanır.
Bu gün də Yasamalın Dağlı məhəlləsini gəzmiş, hər bir seçici ilə ayrıca söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır.
Deputat olarsa bu problemlərin aradan qaldırılmasına yardımçı olacağını dilə gətirən xanım namizədin seçicilər arasında nüfuzu artmaqdadır.
 
Dağlı məhəlləsini gəzərkən bir ailənin qarşılaşdığı faciəni də ürək ağrısı ilə qarşılayan Fərqanə xanım tanınmış meyxana ustası Ələkbərin bacısı oğlunun yas mərasimində olmuş, özünün seçki öncəsi komandası ilə onların dərdinə şərik çıxmışdır.
Deputatlığa namizəd Fərqanə Aydın qızı Əliyevanın seçki qərərgahından verilən məlumata görə seçicilərlə görüş davam etməkdədir.
Müstəqil.Az
 
Share: