“Fənərbağça” və “Nant” qalib gəldi, “Trabzonspor” səfərdə uduzdu – YENİLƏNİB + VİDEO

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

UEFA Avropa Liqasının qrup mərhələsində daha 8 oyun keçirilib. 

“Report”un məlumatına görə, bununla da I tura yekun vurulub.

Türkiyənin digər təmsilçisi “Trabzonspor” “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Macarıstan “Ferentsvaroş”unun qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Budapeşt təmsilçisindən qolları 5-ci və 44-cü dəqiqədə Tokmak Nquen, 29-cu dəqiqədə Adama Traore vurublar. 16-cı dəqiqədə Macarıstan çempionundan Eldar Çiviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlardan isə 39-cu dəqiqədə Maksi Qomes və 71-ci dəqiqədə Umut Bozok fərqləniblər.

UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr

A qrupu

“Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə) – 1:2

PSV (Niderland) – “Budo Qlimt” (Norveç) – 1:1

B qrupu

AEK (Larnaka, Kipr) – “Renn” (Fransa) – 1:2

“Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:1

C qrupu

“Lüdoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya) – 2:1

HİK (Finlandiya) – “Betis” (İspaniya) – 0:2

D qrupu

“Malmö” (İsveç) – “Braqa” (Portuqaliya) – 0:2

“Yunion” (Berlin, Almaniya) – “Yunion” (Belçika) – 0:1

E qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) – 0:1

“Omoniya” (Kipr) – “Şerif” (Moldova) – 0:3

F qrupu

“Latsio” (İtaliya) – “Feyenoord” (Niderland) – 4:2

“Şturm” (Avstriya) – “Midtüllan” (Danimarka) – 1:0

G qrupu

“Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) – 2:1

“Nant” (Fransa) – “Olimpiakos” (Yunanıstan) – 2:1

H qrupu

“Srvena Zvezda” (Serbiya) – “Monako” (Fransa) – 0:1

“Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə) – 3:2

23:29

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

“Report”un məlumatına görə, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb.

Türkiyə təmsilçilərindən “Fənərbağça” B qrupunda Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 35-ci dəqiqədə İstanbul təmsilçisindən Qustava Enrike açıb. 64-cü dəqiqədə Viktor Tsıqankov tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə “sarı-lacivərdlilər”in yeni transferi Mişi Batşuayi son nöqtəni qoyub.

UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr

A qrupu

“Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə) – 1:2

PSV (Niderland) – “Budö Qlimt” (Norveç) – 1:1

B qrupu

AEK (Larnaka, Kipr) – “Renn” (Fransa) – 1:2

“Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:1

C qrupu

“Lüdoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya) – 2:1

HİK (Finlandiya) – “Betis” (İspaniya) – 0:2

D qrupu

“Malmö” (İsveç) – “Braqa” (Portuqaliya) – 0:2

“Yunion” (Berlin, Almaniya) – “Yunion” (Belçika) – 0:1

Share: