“Fələyin önündə diz çökməyi xəyalına belə, gətirmir hələ… Doğulduğu yurdunu ayaqyalın gedib, torpağını gözünə qoyub öpməyincə…”-Səmayə Güləli qızı Elmira Aslanxanlıdan yazır…

Nəsimi ilində “Nəsimi” Media mükafatı alan ilk şairə xanlm Elmira Aslanxanlı….
1953-cü ildə Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində, ziyalı ailəsində dünyaya gəlmişdir.
Kiçik yaşlarından poeziyaya vurğunluğu bu gün də iç dünyasına hakim kəsilib. Orta məktəbi bitirdikdən sonra Politexnik İnstitunun “Tikiş texnologiyası” fakültəsini bitirmişdir. 1972-ci ildə rayonda Cəmil Əhmədov adına orta məktəbin ümumi texniki fənnlər üzrə müəllimi vəzifəsində çalışmışdır.
Məlum Qarabağ hadisələrindən sonra ev-eşiyindən, doğma ocağından didərgin düşən, yaralı Arazdan keçən, Elmira xanımın əlyazmaları belə, Arazın qan-qadalı suyuna qarışmışdır..
5 kitab müəllifidir…”Haray” adlı kitabı Təbrizdə, fars dilində çapdan çıxmışdır.
Yurdunun ağrısıyla qolboyun olub, Cəbrayıl həsrəti ilə qərib bir ömür yaşayır… Şairə Elmira Aslanxanlı… Gözləri boşalıb-dolur… Fələyin önündə diz çökməyi xəyalına belə, gətirmir hələ…
Doğulduğu yurdunu ayaqyalın gedib, torpağını gözünə qoyub öpməyincə… Qoşun-qoşun dərd üstünə şığısa da…Şəhid məzarların ağrıları qəlbini nalan etsə də…
Bir vaxtlar könlü ocağında bəxtiyar idi..Onda hələ yurd-yuvası talan olmamışdı..Mənfur düşmənlərin tapdağı altında inildəmirdi….Həsrətdən yolları üşümürdü Cəbrayılın…Didərginlik-köçgünlük, od-ocaq həsrəti alın yazısına yazılmayana qədər… Nə əkdiyi ağacın barını dərdi, nə də ömür-gün yoldaşından yarıdı…. Yarımçıq ömürləri… bütövləşdirə-tamlaşdıra bilmədi Elmira xanım.. Qardaş itgisi.. ömür-gün itgisi… Yalnız təskinlkk tapdığı, poetik duyğuları nisbətən də olsa.. yarasını sarıdı.. məlhəm qoydu… Zamanın axarına düşüb, göz yaşıyla dönüb geri baxır hərdən, bu şairə xanım..
Ah-nalə, fəryad könül evinin yuxarı başında bardaş qurub.. Könlü heç vəchlə ovunmur.Nakam sevgisinin-sevimli həyat yoldaşının Məhəmmədəlinin vaxtsız ölümü səhhətində ciddi təsir yaratsa da..Qələmi ilə ağrılarını ağ varağa köçürüb, misra-misra, sətir-sətir oxucu qəlbinə yol tapır..
Ayrılıq əzabı illərdir çiyinlərində yol gəlir. Cəbrayıla dönəcəyi günün yaşamağıilə qəlbini ələ alıb. Əlçatmaz, ünyetməz Xudafərini haraylayır. Həsrətini günə sərib, qızınmayan arzuların atəşi ilə xəyalında dan yeri sökülür..Yol axtarır birtəhər.. Hələ ki, intizarın qorxusu, həsrətinin yuxusu, ruhunu.. gəncliyini diksindirir… Bulaq-bulaq gözlərindən içən yurd yerinin… yaddaşına ilmə-ilmə köçüb..
Uşaqlığı, gəncliyi üçün darıxır xatirələr dənizinə baş vuranda..Allı-güllü don geyinib, allı-güllü yaylaqlarda, gizlənpaç oynadığı otlaqlarda, durna gözlü bulaqlarda cilalandı arzuları..Ətir saçan yasəmənlərin ətri-qoxusu şeirlərində öz əksini tapır.Ötüb-keçənləri xatırlayanda gözündən yuxusu ərşə çəkilir və göz yaşları kipriyindən süzülüb sır-sıra bağlayır…Yuxularında inildəyir.. haraylayır..babasının qərib məzarları.. Ağ, aynabəndli evlərin, dağılmış evlərin bacasından çıxmayan tüstüsü təpəsindən çıxır. Təpər tapmır dizlərində.. Ana sevgisi, Vətən sevgisi, Leyli sevgisinin qanadlarında, ağ göyərçin əllərində göz bəbəyi kimi qoruyur bu sevgiləri…
Sözün rəngini, sözün sehrini kitablarından gördüm, bu şairə xanımın… Nəsimi ilində qələmindən dürr süzülən sözlərin mübarək.. Nəsimi ilin mübarək…
Səmayə Güləli qızı
şairə-publisist.

 

Share: