Eynək insanları ağıllı göstərmirmiş…

Eynəkdən istifadə etmək insanları daha ağıllı və intellektual göstərmir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İordaniyada aparılan elmi araşdırmalar nəticəsində bu qənaətə gəlinib.

Belə ki, eynəklərin insanları daha ağıllı göstərməsinə dair stereotip qırılıb.

İordaniya Universitetinin alimləri müəyyən ediblər ki, eynəksiz insanlar eynəklilərə nisbətən daha cəlbedici olurlar.

İordaniyadakı tədqiqatda 517 tələbə iştirak edib. Bu insanların 33,1 faizi eynək taxıb. Bütün şəxslərin fotoşəkilləri çəkilib. İştirakçılardan şəkillərə cəlbedicilik, zəka və özünəinam baxımından 1-dən 10-a qədər qiymətləndirmələri istənilib. Nəticədə eynəksiz fotoların eynəkli olanlardan daha cəlbedici, ağıllı və özünəinamlı göründüyünü ortaya çıxıb.

Qeyd edək ki, qərb ölkələrində aparılan bir çox tədqiqatlara görə, eynək şəxsin intellekt səviyyəsinin əsas göstəricisi sayılır.


Share: