Evlənməyə hazırlaşan Çağatay Ulusoy fantastik məbləğə qayıq alır

Ötən illərdə yaxın həmkarları Kənan İmirzalıoğlu və Kıvanç Tatlıtuğla Marmaris şəhərinin Bozburun bölgəsində dənizkənarı torpaq alan türkiyəli məşhur aktyor Çağatay Ulusoy üzünü yaxınlıqdakı Söğüt kəndinə çevirib. Aktyor 12 milyon lirəyə dəniz mənzərəli torpaq sahəsi alıb.

İnvestisiyalarına davam edən Ulusoy bu dəfə də qayıq üçün heyrətamiz məbləğ ödəyib. Onun 25 metrlik qayıq üçün 2,5 milyon avro (50 milyon lirə) ödədiyi bildirilir.

İddialara görə, Çağatay Ulusoy uzun müddətdir özü kimi sənətçi olan Duyğu Sarışınla nəhayət ki, yay aylarında nikah masasına oturmağı planlaşdırır.

Cütlük bir müddət əvvəl bir mebel brendinə gedərək yeni evləri üçün mebel axtarıblar.

Mənbə: A Haber

Share: