Evdən 11 minlik qızıl oğurlandı – Binəqədidə

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, rayon ərazisindəki mənzillərin birindən 11.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Qasımov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Share: