“Europa Cinemas”ın yeni direktoru bəlli oldu

Fatima Cumer 30 ildən sonra vəzifəsini tərk edən Klod-Erik Puronu əvəz edərək “Europa Cinemas” müstəqil iştirakçılar şəbəkəsinin baş direktoru təyin edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Puro hər il 83 milyon insan qəbul edən şəbəkənin qurulmasındakı xidmətinə görə Fəxri Prezident seçilib.

Qeyd edək ki, “Europa Cinemas” şəbəkəsi 1992-ci ildə “European Union’s Creative Europe” proqramının dəstəyi ilə yaradılıb və bu gün MEDİA proqramı ilə əməkdaşlıqda mövcuddur. O, həmçinin Fransanın Milli Kino Mərkəzi (CNC), Avropa Şurasının Eurimages, Almaniyanın FFA və Fransanın The Institut Français kimi kino şirkətləri tərəfindən dəstəklənir.

Europa Cinema'nın yeni CEO'su Fatima Djoumer

Share: