Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var

Estoniya Xarici İşlər Nazirliyi Patriarx Kirill də daxil olmaqla 58 rusiyalının ölkəyə girişini qadağan edib.

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Bu gün xarici işlər naziri Marqus Saxkna “Maqnitski siyahısı”nı yenidən qüvvəyə mindirdi. Bu siyahı 58 nəfərin, o cümlədən Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin, həmçinin hüquq müdafiəçisi Vladimir Kara-Murzanı təqib edən və həbs edən 9 nəfərin Estoniyaya girişini qadağan edir”, – deyə məlumatda qeyd edilib.

Tallinin bəyanatına görə, Estoniyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Kara-Murzanın təqibçiləri insan haqları üzrə qlobal sanksiyalar rejiminə daxil edilməlidir.

Saxkna bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləyən insanlar Estoniyada xoş qarşılanmır. Xarici İşlər Nazirliyinin rəhbəri bütün ölkələri Rusiyanın hərəkətlərini dəstəkləyənlər üçün ölkəyə giriş qadağası tətbiq etməyə çağırıb.

Mənbə: TASS

Share: