Estoniya ordunun şəxsi heyətini iki dəfə artırmaq istəyir

Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur müharibə şəraitində respublikanın Müdafiə Qüvvələrinin şəxsi heyətini demək olar ki, iki dəfə artırmağı təklif edib.

Nazir qanun layihəsini təsdiq üçün müvafiq instansiyalara göndərib. Sənədə əsasən, kadrların sayının yuxarı həddini 26,7 min nəfərdən 43,7 min nəfərə çatdırmaq planlaşdırılır. Hazırda müharibə dövrü ordusunun şəxsi heyətinin yuxarı həddinə Müdafiə Qüvvələri (təxminən 6400 nəfər), hərbiləşdirilmiş yerli özünümadafiə dəstələri (20 mindən çox) və ehtiyatda olanlar daxildir.

Bildirilir ki, müharibə dövrünün şəxsi heyəti yalnız ölkədə səfərbərlik elan edildikdən sonra çağırıla bilər.

Mənbə: lenta.ru

Share: