Əşrəf Veysəlli kimi kişinin oğlu heç vaxt pis ola bilməz…

Əşrəf Veysəlli kimi kişinin oğlu heç vaxt pis ola bilməz…

“Facebook” dostlarımdan biri- Şahin Şəfiyevlə həyatda heç vaxt yolumuz kəsişməyib, amma atası, nəhəng kişilərdən biri, şair Əşrəf Veysəlli ilə çörək də kəsmişəm, hələ siqaretindən də çəkmişəm…

Üzünü görməsəm də yaxşı bilirəm ki, Şahin gözəl insandır. Axı, Əşrəf Veysəlli kimi kişinin oğlu başqa cür ola da bilməz…
…Bəli, bu gün Şahinin ad günüdür, 47 yaşı tamam olur. Mələklərin numerologiya sistemində 47 rəqəmi mənəviyyatda güclü enerji daşıyıcısı hesab olunur və bir neçə əsas mənaya malikdir. Bu rəqəm məqsədlərə çatmaq üçün göstərilən səyləri, zəhməti və təməlqoyma bacarığını simvolizə edir. O cümlədən, bu rəqəm daxili müdrikliyi, intuisiyanı və mənəvi oyanışı ifadə edir. Bu yaşda olan adam, kainat və ya qoruyucu mələklər tərəfindən dəstəklənir. Bəli, numerologiyada 47, sadiqlik, dürüstlük və güclü bağlılıqlar qurmaqla əlaqələndirilir. Xülasə, 47 rəqəmi praktiki işlərin və mənəviyyatın balansını təmsil edir, insanı hədəflərinə sadiq qalmağa və daxili səsinə qulaq asmağa ruhlandırır…
O ki qaldı Şahinin doğulduğu 19 aprel tarixinə, 1979-cu ildə bu aprelin 19-u həftənin 4-cü gününə- cümə axşamına düşüb. Cümə axşamı doğulanlar isə, Yupiter planetinin təsiri altında, güclü intuisiyaya, geniş dünyagörüşünə və yüksək rəhbərlik qabiliyyətinə malik xarizmatik insanlardır. Onlar çox vaxt cəmiyyətdə tanınan, zəngin və idarəçilik sahəsində uğur qazanan şəxsiyyətlər olur. İnadsız və inamlı olduqları üçün tez-tez yaxşı lider, mentor və filosof kimi seçilirlər…
Nə isə, çox uzağa getmirəm, Şahini yeni yaşı münasibətilə təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayıram. Balalarının xeyrini görsün!..
Hörmətlə, Elman Eldaroğlu
Share: