“Eşq insanıyam” – Kubilay Aka

“Çukur” serialında Celasun obrazını canlandıran Kubilay Aka “BeMan” jurnalına maraqlı açıqlama verib.

Müstəqil.AZ Axşam.az-a istinadən xəbər verir ki, həmkarı Haluk Bilgilerden ilhamlandığını bildirən aktyor onun canlandırdığı hər obrazı heyranlıqla izlədiyini söyləyib.

Şəxsi həyatı barədə də danışan Kubilay Aka eşq insanı olduğunu da deyib:

“Planlı davam edən münasibətlər məcburiyyət halına gəlir. Eşq insanıyam”.

Aktyor karantin günlərini səmərəli keçirməyə çalışdığını bildirib:

“Evdəki vaxtımı mahnı bəstələyərək, idman edərək, yeni filmlər izləyərək keçirmişəm. Xüsusən də yemək bişirməyi öyrənməyə çalışmışam”.

Müstəqil.AZ

 

Share: