Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı keçirildi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı oldu

27 oktyabr tarixində Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyada şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı oldu. Tədbiri Gimnaziyanın direktoru Nizami Əhmədov açıq elan edərkən öncə Azərbaycan Dövlət Himni səsləndirildi, daha sonra isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Direktor öz çıxışı zamanı şəhid ailələrinə şəhidlərimizin xatirələrini yaşatmaq üçün Gimnaziyada sinif otaqlarının hər birinə şəhidlərin adlarının verildiyini bildirdi. Bundan əlavə şairə Esmira Günəşin təklifi ilə Gimnaziyanın kitabxanasına da şəhid Rüfət Mustafayevin adı veriləcək. Tədbir şagirdlərin hazırladıqları şeirlərin və musiqilərin ahəngi ilə davam etdikdən sonra qonaqlara da söz verildi.
Şairə Esmira Günəş öz çıxışı zamanı şəhid Rüfət Mustafayevin xatirəsinə həsr olunmuş “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” və ” Cənnətdən gələn hədiyyə” kitablarını məktəbə hədiyyə etdi. Daha sonra şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım şəhid anaları adından çıxış edərək, Esmira xanımın şəhid ailələrinə olan xüsusi qayğı və diqqətindən bəhs edərək, tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə təşəkkür etdi. Şairə Esmira Günəş yeni çap olunan “Xarıbülbüllər” kitabını da şəhid ailələrinə təqdim etdikdən sonra xatirə şəkilləri ilə tədbir yekunlaşdırıldı.

Share: