Esmira Günəş Göyçayda şəhid Əli Eyvazovun anım tədbirində…

 

14 oktyabr Göyçay rayonunda şəhid Əli Eyvazovun anım günü idi. Həmin gün həm də şairə Esmira Günəşin “Xarıbülbüllər” kitabında yer alan qəhrəman şəhid Əli Eyvazovun təhsil aldığı R.Rza adına 1 nömrəli tam məktəbdə şəhidimizin adına verilən sinif otağının da açılışı idi. Şairə Esmira Günəş bir gün öncədən Bakıdan Göyçaya yola düşərək şəhidimizin ailəsini ziyarət edib, səhəri isə tədbirin qonağı olub. Qonaqlar əvvəlcə şəhidimizin məzarını ziyarət edib daha sonra isə məktəbə yola düşüblər. Məktəbdə sinif otağının açılışı zamanı şagirdlər şeirlər səsləndirib, Esmira Günəş şəhidin anasına kitabını hədiyyə edib və daha sonra qonaqlar birlikdə şəhidin ev muzeyini ziyarət ediblər. Onu da qeyd edək ki, şairənin şəhidimizin xatirəsinə həsr etdiyi şeiri Anadolu türkcəsində Türkiyədə Fərhad bəyin ifasında səsləndirilərək orada da şəhidimizin xatirəsi anılıb.

Share: