Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı iddiasına — Rəsmi reaksiya

“Uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur, baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur: “MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur.

O ki qaldı suverenliyin pozulması məsələsinə, xatırladıram ki, 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Ermənistan ərazisində yol hərəkətinə nəzarət Rusiya FTX-in sərhəd xidməti tərəfindən həyata keçirilir. Bu faktın suverenliyi hansı dərəcədə pozduğu sualını Ermənistan hökumətinə aid etmək lazımdır”.


Share: