Ermənistanın müdafiə naziri Moskvaya yollanıb

Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib. Bu barədə “Sputnik-Ermənistan”xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Armiya-2018” beynəlxalq hərbi-texniki forumun və “Milli təhlükəsizlik həftəsi” forumunun açılış mərasimində iştirak edəcək.

Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.

Müstəqil.Az

Share: