Ermənistanda nazirlik binası uçdu: şöbə rəisi öldü

Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.

Müstəqil.az Azvizion.az-a istinadən xəbər verir ki, yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb.

Onun hadisə yerində meyiti aşkar edilib. Uçqunun səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: