Ermənistanda məktəbliləri daşıyan avtobus çaya aşdı — 15 yaralı

Ermənistanın Sünik vilayətində müəllimləri və şagirdləri daşıyan avtobus çaya aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Shamshyan.com” portalı yayıb. 

Qəza nəticəsində aralarında məktəblilərin də olduğu azı 15 nəfər yaralanıb. 

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.


Share: