Ermənistanda daha 10 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 13 130 nəfərə çatıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, son sutkada koronavirusa daha 766 yoluxma qeydə alınıb, COVID-19-dan 10 nəfər ölüb.

“Ermənistanda koronavirusa 13 130 yoluxma təsdiqlənib. 4 014 nəfər sağalıb. 200 nəfər ölüb,” –nazirlikdən bildirilib.

Hazırda 8 844 nəfər müalicə edilir. Ölkədə koronavirusa bağlı 69 171 test aparılıb.

Müstəqil.AZ

Share: