Ermənistan regionda sülh və sabitlik istəmədiyini açıq göstəri -Politoloq

Bu gün günorta saatlarından başlayaraq dövlət sərhədlərimizin Tovuz rayonu istiqamətində Ermənistanın silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycanın mövqelərini atəşə tutur. Əslində atəşkəsin Ermənistan tərəfindən hər gün pozulduğunu nəzərə alsaq bu günkü hadisə çox da gözlənilməz hesab edilməməlidir.

 

 Müstəqil.Az bildirir ki bu sözləri tanınmış jurnalist, ictimai-siyasi xadim, “Bakı-xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev özünün sosial şəbəkədəki divarında yayınlayıb.

Politolqun fikrincə, bu günkü atəşkəs pozuntusunun sual doğuran bəzi mıqamları var.
Əvvala, nadir hallarda rast gəlinən hadisədir ki,Ermənistan bu dəfə olduğu kimi aryilleriyadan geniş şəkildə istifadə edir. Demək, düşmənin hədəfi tək ordumuzun döyüş mövqeləri yox,həm də yaşayış məntəqələri və dinc sakinlərdir.
İkinci,atəşkəsin geoisiyasi anlamda maraq çəkən bəzi hadisələrin fonunda məhz indi baş verməsi təsadüf kimi görünmür. Azərbaycan prezidenti bu günlərdə Minsk Qrupunun fəaliyyətsizliyini konkret tənqid edib və Ermənistanın hər bir təxribatına konkret reaksiya verilməsinin vacibliyini tələb edib. Çox böyük ehtimalla Ermənistan bu dəfəki atəşkəsin məhz Azərbaycan tərəfindən törədildiyi kimi bir yalanı dövriyyəyə buraxaraq Minsk Qrupunu və Azərbaycanı fakt qarşısında qoymağa çalışacaq.
Üçüncü, Ermınistanın atəşkəsi BMT -nin pandemiya ilə bağlı xüsusi sessiyasına ciddi hazlrlıq günlərində pozması çox diqqətçəkicidir.
Məlumdur ki, bu sessiya Azərbaycanın təşəbbüsü ilə icraya qəbul edilib, sessiya barədə qərarın verilmə prosesində Ermənistan faktiki təklənib və pis vəziyyətdə qalıb. Ehtimal etmək olar ki, düşmən ölkə dünyanın diqqətini məhz Azərbaycanın təşəbbüsü ilə hazırlanmaqda olan qlobal tədbirdən müvəqqəti də olsa yayındırmaq istəyir.
Nəhayət, Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin bəzi məsələlər fonunda anlaşılmaz və gərgin olması fonunda da bu təxribatın törədilməsinə xüsusi niyyətlərlə yanaşa bilər.
Bütün hallarda Ermənistan regionda sülh və sabitlik istəmədiyini açıq göstərir, – yazıb Aydın Quliyev.

Müstəqil.Az

Share: