Ermənistan Hava Yolları İrəvan – İstanbul birbaşa aviareysi açır

Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.


Share: