Ermənilər cəbhədə təxribata əl atdılar…Dinca sakin atəşə tutuldu

Ermənistan ordusu cəbhədə növbəti dəfə təxribata əl atıb.

Xezerxeber.az-ın məlumatına görə, erməni silahlıları Tovuz istiqamətində texnika ilə təsərrüfat işi aparan dinc sakini atəşə tutub.

Tovuzun Əlibəyli kənd sakini 35 yaşlı Rəşad Əliyev traktorla iş görən zaman Ermənistan ordusu tərəfindən mütəmadi atəşə tutulub.

Kənd sakinləri bildirirlər ki, son bir həftə ərzində həyətyani sahələrə də ara-sıra atəş açırlar. Bütün bunlara baxmayaraq, Əlibəyli kəndində həyat öz axarı ilə davam edir. Kənd sakinləri bilirlər ki, cəbhəboyu vəziyyət ordumuzun nəzarəti altındadır. Düşmənin törədə biləcəyi təxribatın qarşısı anında alınacaq.

Xezerxeber.az mövzu ilə videogörüntünü təqdim edir:


 

Share: