Ermənilər azərbaycanlıları görüşə çağırıb gizləndilər

Sankt-Peterburqda yaşayan erməni və azərbaycanlı icmaları arasında son dərəcə kəskinləşən münasibətləri ayırd etmək üçün tərəflər bu günə görüş (kriminal jarqonda – “strelka”) təyin ediblər, azərbaycanlılar deyilən vaxtda razılaşdırılan məkana gəlsələr də, ermənilər gəlməyib, gizləniblər.

Müstəqil.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda yaşayan həmvətənlərimiz xəbər verib, vizual görüntülər yollayıblar.

Onların dediyinə görə, görüş yerinə gəlməyən və bununla də bəzi yazılmamış qanunları pozan ermənilər ikinci bir qəbahətə də yol veriblər, məsələni hüquq-mühafizə orqanlarına çuğullayıblar və azərbaycanlıların toplaşdığı yerə Rusiya xüsusi təyinatlılarının birləşmələrini göndəriblər.

Ancaq Rusiya xüsusi təyinatlıları ilə azərbaycanlılar arasında toqquşma baş verməyib.

Müstəqil.Az 

Share: