Ermənilər atəşkəs bəyanatını yandırdı

“Daşnaksütyun” partiyasının gənclər qanadı ABŞ-ın Los Anceles şəhərində genişmiqyaslı etiraz aksiyasına başlayıb.

Müstəqil.az xəbər verir ki, daşnaklar müddətsiz aclıq aksiyası keçirərək ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı atəşkəs çağırışlarının münaqişənin hər iki tərəfinə ünvanlandığı son bəyanatını yandırıblar.

Etirazçılar ABŞ hakimiyyət dairələrindən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb ediblər.

Share: