Ermənilər “Aprel döyüşləri”ndən film çəkdilər – Rusiyanın baş dirijorunun qızına da rol verildi – VİDEO

Ermənistan Azərbaycanaa qarşı informasiya müharibəsini mədəniyyət sahəsində də davam etdirirlər.
Oktyabrın 17-də Yerevanda əsas sujet xətti aprel döyüşlərinə həsr olunmuş “Cənnətə açılan qapılar” filminin təqdimatı keçiriləcək.
Rejissor Civan Avetisyanın çəkdiyi filmdə almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib.
Təəssüf doğuran məqam ondan ibartədir ki, çəkilişləri Qarabağda və Avropada aparılan filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən aparılıb.
Filmdə hadisələr 2016-cı ilin aprelində Qarabağda cərəyan edir. Döyüşləri işıqlandırmağa gələn almaniyalı fotoqraf 22 il əvvəl Qarabağ döyüşləri zamanı tanış olduğu erməni fotoqrafının qızı Sofiyaya vurulur.
“Cənnətə gedən qapılar” filminin premyerası Yerevanla yanaşı, 2020-ci ildə martında Los-Ancelesdə, Parisdə, Moskvada və s. şəhərlərdə keçiriləcək.(Modern)

Share: