Erməni terrorçular Qarabağda silah və narkotiklərin qanunsuz fəaliyyəti ilə məşğuldur

Tofiq Abbasov: “Baş verənlər bütün dünyanın, bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir”

“Qarabağda narkotiklərin qanunsuz dövriyyəsi üçün əlverişli zəmin yaranıb”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloqun sözlərinə görə, Qarabağın işğal altında, terrorçulaırn nəzarəti altında qalması əslində bütün bəşəriyyət üçün ciddi təhlükədir:

“Erməni terrorçuları Qarabağda Azərbaycanın faktiki nəzarətinin olamamasından istifadə edərək özləri kimi beynəlxalq terrorçularla əlaqəyə girir, silah və narkotik ticarəti, eləcə də digər qanunsuz fəaliyyətlə məşğul olurlar. Bu isə şübhəsiz, bütün dünyanın, bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir.

Bu yaxınlarda türk mətbuatı belə bir məlumat yaydı ki, ötən əsrin 80-ci illərində guya öz fəaliyyətini dayandırdığını elan edən ASALA yenidən fəaliyyətini bərpa etməkdədir. Bu, erməni terroru ilə bağlı təhlükənin kifayət qədər ciddi olduğunu, beynəlxalq miqyasda böyük təhlükə kəsb etdiyini göstərir. Azərbaycan bununla bağlı mütəmadi surətdə öz narahatlığını beynəlxalq aləmə, beynəlxalq təşkilatlara çatdırır. Beynəlxalq təşkilatların da bu probemin həllinə ciddi səy göstərməsi vacibdir”.

 

Müstəqil.Az

Share: