Erməni tarixçidən gözlənilməz etiraf – “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

“Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”. 
Müstəqil.Az xəbər verir ki, Moderator.az-ın rus versiyasının  yazdığına görə, bunu “CBC” telekanalına müsahibəsində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın həmsədri və  İdarə Heyətinin üzvü olan erməni  tarixçi və tədqiqatçısı Artur Ağacanov bildirib. O, hesab edir ki, tərəflər  Dağlıq Qarabağın statusu məsələsini yalnız Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində həll etməlidirlər.
“Heç kəs sərhədləri yenidən dəyişdirməyib – Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Və bizim yerimizə heç kim qərar verməyəcək. Biz bunu özümüz həll etməliyik. Siyasətçilər  Dağlıq Qarabağın Azərbaycan daxilində statusuna dair razılığa gəlməlidirlər.  Qoy bir müddət aralıq status olsun, birlikdə yaşayaq.  Sonra da işğal edilmiş bölgələr Azərbaycana tədricən, mərhələli şəkildə qaytarılsın”- deyə erməni tədqiqatçı vurğulayıb.
Xatırlaqdaq ki, Artur Ağacanov Bakıda doğulub və əslən Qarabağdandır.  Hələ 2016-cı ilin mayında “Odnoklassniki” sosial şəbəkəsində onun Qarabağ ətrafında vəziyyət, Azərbaycanda Alban kilsəsinin bərpasına dair müraciəti yayılmışdı.   O zaman  “İnterfax-Azərbaycan” agentliyi A.Ağacanovla əlaqə saxlamış və məlum olmuşdu ki, Bakı ermənisi, hazırda Ukraynada yaşayan Ağacanov artıq uzun illərdir erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmağa çalışır. Əksər Qarabağ xristianları kimi, A.Ağacanov da özünü zorla “erməniləşdirilmiş” şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan (hay) xalqına heç bir aidiyyatı yoxdur. O, Alban kilsəsinin xalqlarının zəngin irsini mənimsəmiş, qaykan xalqının Qarabağa gəlmə olduğunu sübuta yetirəcək hər şeyi məhv etmiş olan Eçmiadzin kilsəsinin və erməni millətçilərinin ifşası üçün əlindən gələni etməyə hazırdır.
Məlumat görə, A.Ağacanov Qarabağı açıq şəkildə Azərbaycan torpağı adlandırır, erməni separatçılarını ifşa edir və əmindir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın tərkibindədir.
A.Ağacanov sözügedən müraciətində onun kimi düşünən Qarabağ ermənilərini öz ətrafında birləşdirməyə hazır  olduğunu və onları öz bəyanatına dəstək verməyə çağırmışdı.
Müstəqil.Az

Share: