“Erməni əsilli vətəndaşlardan Azərbaycan vətəndaşlığı almaq üçün müraciətlər daxil olub” — DİN

Qarabağda yaşayan erməni əsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq üçün müraciətlər daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bunu Şuşa şəhərində jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik leytenant Elşad Hacıyev deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bu ərazidə yaşayan erməni əsilli sakinlər hər biri müraciət edə bilər, onların işi diqqətdə saxlanılır.


Share: