Ərdoğan Misir prezidenti ilə Qəzza böhranının həllini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Qəzza böhranının həllini müzakirə edib. O, İsrail və Fələstin arasında gərginləşən münaqişə, eləcə də ibadətgahların, xəstəxanaların, sosial və humanitar infrastrukturun bombalanması fonunda Qərbin susqunluğunu pisləyib.

Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Ərdoğan Misir dövlət başçısına bildirib ki, Türkiyə sülhün təmin edilməsi, humanitar və tibbi yardımların sürətlə çatdırılması üçün səylərini davam etdirəcək.

Mənbə: Haber Global

Share: