Ərdoğan Fələstin və İsrail arasındakı münaqişəni başqa ölkələrə yayılmadan həll etməyə çalışır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdülməcid Təbbun ilə telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsinin digər ölkələrə yayılmadan həllinin vacibliyini bildirib.

Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

“Danışıqlar zamanı Prezident Ərdoğan bildirib ki, onun məqsədi gərginliyi bölgənin digər ölkələrinə yayılmadan dayandırmaq və ədalətli danışıqlar vasitəsilə sülhə nail olmaq üçün yol açmaqdır. O, həmçinin Türkiyənin səmimi və sülhsevər səylərinin beynəlxalq ictimaiyyət, xüsusilə də region ölkələri tərəfindən dəstəkləndiyini qeyd edib”, – məlumatda bildirilib.

Mənbə: Haber Global

Share: