Emin Ağalarov bu statusu yazmağa məcbur oldu: ”İstəməzdim…”

Xalq artisti Emin Ağalarovun ABŞ və Kanadada keçiriləcək konsertləri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bəstəkar-müğənni instaqram səhifəsində məlumat verib.

O, bilet alan hər kəsdən üzr istəyib: “Əziz dostlar, mən bu mesajı yazmaq istəməzdim. Amma yaranan vəziyyətdən asılı olaraq ABŞ və Kanadada planlaşdırdığım konsert turunu təxirə saldım. Biz bu turu bir il əvvəl planlaşdırmışdıq, hamınız üçün konsert vermək istəyirdik. Bilet alan hər kəsdən üzr istəyirəm”.

CNN telekanalı Eminin nümayəndəsi Skott Balberə istinadla məlumat yayıb ki, sənətçinin menecerləri ilə Amerika prokuroru Robert Muller və ABŞ Konqresinin Komitələri Aparatı ilə razılığa gələ bilməyib.

Qeyd edək ki, Emin yanvarın 26-da Nyu-Yorkda, 29-da Torontoda, 30-da Mayamidə, 2 fevralda Los-Ancelesdə səhnəyə çıxmağı planlaşdırırdı.

Müstəqil.Az

Share: