Emin Əliyev bu dəfə Qaradağ gəncləri ilə görüşə gəldi…

 

05 iyun 2023-cü il tarixində “Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü” münasibətilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin idarə heyətinin sədri Emin Əliyev Qaradağ gəncləri ilə ətraf mühitin mühafizəsi sahəsindəki biliklərinin artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə seminar-məşğələ keçirdi.

Seminar zamanı əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi və. s kimi mövzulara toxunuldu.

Share: