ƏMƏKDAR JURNALİST ZEMFİRA MƏHƏRRƏMLİ ADMİU-DA QONAQ OLUB

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrasının təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli ilə tələbələrin görüşü keçirilib.
Görüşdə Zemfira Məhərrəmli söz sənətimizdə Qarabağ mövzusunun inikası, habelə qalib ölkənin Zəfər savaşının ədəbiyyatımızda əks-sədası barədə danışıb, gənclərin mövzu ilə bağlı fikirlərini dinləyib, suallarını cavablandırıb.
Kulturologiya fakültəsi Sosial- mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əsgərova, dosentlər Əminə Qədimova, Aygün Eyvazlı, baş müəllimlər Məftunə İsmayılova, Günel İbrahimova və ADMİU Tələbə Elmi – Yaradıcılıq Cəmiyyətinin sədri Ülkər Rzayeva çıxışlarında qonağa dəvəti qəbul edib gəldiyi üçün təşəkkürlərini bildirib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Mədəniyyət və İncəsənət Universiteti hər zaman bu cür həssas mövzuları ön planda saxlayır, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün lazımi addımları atır.
Z.Məhərrəmli bu mövzuda yazdığı bədii-publisistika nümunələrini müzakirələrdə mülahizələri ilə fərqlənən tələbələrə və universitetin kitabxanasına hədiyyə edib.

Share: