Elton Con musiqi ilə vidalaşır

Britaniyalı müğənni Elton Con dünyaca məşhur musiqi festivalı “Glastonbury” ilə İngiltərədə vida konsertinə gedəcək.

Kulis.az xəbər verir ki, müğənni musiqi karyerasını başa çatdırmaq üçün dünya turnesində gələn il dünyaca məşhur “Glastonbury” musiqi festivalında çıxış edəcək.

Bu 75 yaşlı musiqiçinin karyerasının 50-ci ilini tamamlayarkən İngiltərədə son konserti olacaq.

Conun vida konserti iyunun 25-də baş tutacaq.

Share: