Elşən Uluxanlı: “Milli Qəhrəman ailələri cənab İlham Əliyevi dəstəkləyirlər”

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma Birliyinin sədri Elşən Uluxanlı Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Xeber7.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Möhtərəm cənab Prezident, növbədənkənar prezident seçkilərinin elan edildiyi gündən etibarən təşkilatımızda və rayon nümayəndəliklərimizdə keçirilən tədbirlərdə Milli Qəhrəman ailələri qürur hissi ilə bildirirlər ki, məmnuniyyətlə prezident seçkilərdə iştirak edəcək və məhz Sizə – Ümummilli Liderimiz Heydər Əliyevin daxili və xarici siyasətinin uğurlu davamçısı, hakimiyyətə gəldiyi ilk gündən Milli Qəhrəman ailələrinə diqqət, qayğı və köməyini əsirgəməyən bir dövlət başçısına, 200 ildən çox tarixi olan erməni bəlasına son qoymuş və 30 il əvvəl itirilmiş torpaqlarımızı bütünlüklə geri qaytaran Müzəffər Ali Baş Komandana səs verəcəklər!

Uca Allahdan Sizə cansağlığı, işlərinizdə və ailə həyatınızda sevinc və uğurlar arzulayırıq. Tale Azərbaycan Dövlətinə, Azərbaycan xalqına və Sizə yar olsun”.

 

Fuad Hüseynzadə

Share: