Əlixan Səmədov Malaxova balaban hədiyyə etdi — Video

Xalq artisti Əlixan Səmədov Rusiyanın “Rossiya 1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Privet, Andrey” axşam şousunda qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, Ə. Səmədov bəstəkar Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını Azərbaycanın milli musiqi aləti balabanda ifa edib.

Daha sonra sənətkar A. Malaxova balaban hədiyyə edib.

“Bu, çətin deyil, siz onda ifa edə bilərsiniz”, – hədiyyəni aparıcıya təqdim edən musiqiçi deyib.

Həmin görüntüləri təqdim edirik:


Share: