Eldar Quliyevin dəfn olunacağı yer açıqlandı

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, xalq artsiti bu gün səhər dünyasını dəyişib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi E.Quliyevin Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağını açıqlayıb.

Allah rəhmət eləsin!

Müstəqil.Az

Share: