Elçin Sadıqov aclıq aksiyasına başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirinin ləğv olunmasını istəyiblər.

Məhkəmənin qarşısında vəkil İradə Cavadova elan edib ki, Elçin Sadıqov aclıq aksiyasına başlayıb. 

Növbəti proses sentyabrın 17-də olacaq.

Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rrayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Share: