Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görüldü

İstanbulda IX “Necip Fazıl” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasim bu il “Yük kimin çiynində” mövzusu ilə baş tutub.

Mükafata layiq görülənlər arasında Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev də var.

“Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə mükafatlandırılan yazıçıya mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

“Türkiyə-Azərbaycan dostluğunun dünyada səmimiyyəti, həmrəyliyi və mehribanlığı ilə nümunə göstərildiyi bir zamanda verilən bu mükafatı xüsusi olaraq mənalı hesab edirəm. İnanıram ki, qardaşımız Əfəndiyev bundan sonra da yaradıcılığı və duruşu ilə mədəni və elmi sahədə bayraqdarlardan biri olaraq qalacaq. Onu təbrik edirəm”, – Türkiyə Prezidenti bildirib.


Share: