Ekvadorda 178 həbsxana işçisi girov saxlanılır

Ekvador həbsxanalarının mühafizəçiləri və texniki işçiləri də daxil olmaqla ümumilikdə 178 nəfər dustaqların girovluğundadır.

-nın məlumatına görə, bu barədə Ekvador penitensiar xidmətinin məlumatında deyilir.

“Hazırda həbsxana sistemində baş verən iğtişaşlar və insidentlərlə əlaqədar El Oro, Kotopaksi, Loja həbsxanalarında girov saxlanılan penitensiar xidmətin 158 əməkdaşının, o cümlədən 20 inzibati-texniki işçinin azadlığa buraxılması istiqamətində işlər aparılır”, – departamentdən bildirilib.

“Biz həbsxana işçilərini, eləcə də dustaqları xilas etmək üçün daim, ardıcıl və məsuliyyətlə işləyirik”, – deyə xidmət əlavə edib.

Share: